brent-neftinin-qiymeti-son-alti-ayda-ilk-defe-75-dollari-kecdi

Brent neftinin qiyməti son altı ayda ilk dəfə 75 dolları keçdi

Brent neftinin qiyməti bahalaşaraq 75 dolları keçib.

İnsider.az xəbər verir ki, 2019-cu ilin iyununda çatdırılma ilə Brent markalı neftin fyuçers dəyəri London birjasındakı ticarət gedişatında bir barel üçün 75,01 dollara kimi artıb.

Qeyd edək ki, sonuncu dəfə 31 oktyabr 2018-ci il tarixində Brent neftinin qiyməti 75 dollardan yuxarı olub.

©Finans