brent-neftinin-qiymeti-yeniden-40-dollardan-asagi-dusdu

Brent neftinin qiyməti yenidən 40 dollardan aşağı düşdü

Neft qiymətləri, dünyada koronavirusa yoluxanların artması, tələbin zəif olması və ABŞ-da hasilatın artdığına dair işarələr ilə geriləyib.

İnsider.az xəbər verir ki, Brent neftinin qiyməti, ICE Futures Europe birjasında, Çərşənbə günü 5.4% düşdükdən sonra 1.1% geriləyərək bareli 39.87 dollara enib.

Qərb Texas neftinin (WTI) qiyməti isə 1% düşərək  37,65 dollara geriləyib (Bakı vaxtı ilə saat 10:20-yə olan məlumat).