Beynəlxalq ətraf mühit təşkilatı “Greenpeace” “Shell” şirkətinə Şimal dənizindəki “Jackdaw” yatağının işlənməsinə icazə verilməsi ilə əlaqədar Böyük Britaniya hökumətini məhkəməyə verib.
Hökumət yatağın işlənməsinə 2022-ci ilin iyununda razılıq verib.
“Greenpeace” səlahiyyətliləri hasil edilən qazın yandırılması nəticəsində ətraf mühitə dəymiş zərərin hesablanması ilə bağlı qanuni öhdəliklərini yerinə yetirməməkdə günahlandırıb.
Bildirilib ki, bu sahədən karbon qazı emissiyaları ölkənin bu sahədəki ümumi nəticəsini artıracaq.
Oxu.Az