Oktyabrın 19-da Böyük Britaniyanın daxili işlər naziri Svella Braverman istefa verib.
O, son bir həftə ərzində Liz Trassın kabinetini tərk edən ikinci nazir olub. Braverman istefasına səbəb kimi şəxsi e-poçtundan işgüzar məqsədlər üçün istifadə etməsini göstərib.
Onun yerinə keçmiş nəqliyyat naziri Qrant Şepps təyin olunub.
Oxu.Az