britaniya-kecmis-prezidentin-nevesinin-intihar-cehdini-tesdiqledi

Britaniya keçmiş prezidentin nəvəsinin intihar cəhdini təsdiqlədi

Qazaxstanın ilk prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan həqiqətən Böyük Britaniyada intihara cəhd edib. İnsider.az-ın məlumatına görə, “RBK” bu barədə London polisinə istinadla xəbər verir.

Aysultan Nazarbayevə qarşı polisə xəsarətlər yetirməsi faktı üzrə cinayət işi açılıb. İşə Londonun Sautuark rayon məhkəməsi baxacaq.

Xatırladaq ki, daha öncə Aysultanın konstebl Ross Sembruku dişlədiyi haqda xəbər yayıldı. Sembruk gənc oğlanın intihar etməsinə mane olmağa çalışırdı.

Samirə Məmmədova