britaniya-rusiya-neft-ve-qazindan-imtina-edir-ilk-sert-sanksiyalar-aciqlandi

Britaniya Rusiya neft və qazından imtina edir: İlk sərt sanksiyalar açıqlandı

Britaniya krallıq ərazisində Rusiyanın VTB bankına məxsus bütün aktivləri dondurur.

Bunu ölkənin Baş naziri Boris Conson bildirib.

O, qeyd edib ki, Rusiya vətəndaşlarının Britaniya banklarındakı əmanətlərinin həcminə məhdudiyyətlər qoyulur.

Conson bəyan edib ki, Rusiyaya qarşı sanksiyalara ölkənin hasil etdiyi neft və qazdan imtina da daxildir. Onun sözlərinə görə, Böyük Britaniya Rusiyadan gələn şirkətlərə dollar və funt sterlinqlə ticarət etməyi qadağan edəcək.

Həmçinin, London Rusiyanın SWIFT ödəniş sistemindən ayrılmasını istisna etmir, lakin bu mövzu müttəfiqlər arasında birlik tələb edir.

Bununla yanaşı, hökumət başçısı Rusiyanın “Aeroflot” şirkətinə qarşı da sanksiyalar tətbiq edildiyini açıqlayıb. O, Hava Yolları şirkətinə məxsus aviareyslərin Britaniyaya uçuşunun qadağan edildiyini bəyan edib.

Bütün bunlardan əlavə, Britaniya Rusiyaya yüksəktexoloji məhsulların ixracına da qadağa qoyub.

Mənbə: glavny.tv