britaniya-sakini-deniz-sahilinde-xezine-tapdi-foto

Britaniya sakini dəniz sahilində xəzinə tapdı - FOTO

Böyük Britaniya sakini işərisində qədim sikkələr və qiymətli daşlar olan sandıq tapıb.

38 yaşlı Cenni Fitcerald ailəsi ilə birlikdə Norfolk qraflığında çimərlikdə təmizlik işləri apararkən qumda basdırılmış sandıqla rastlaşıb.

Qadın uşaqlarıyla birgə diş fırçaları ilə sandığın üzərindəki qumu təmizləyib. Onun içərisindən əsasən Viktorian dövrünə və 18-ci əsrin sonlarında Britaniyanı idarə edən Kral III Corcun zamanına aid yüzə yaxın sikkə çıxıb. Sandığın içərisində qiymətli daşlar, paslı cib saatı, köhnə ətir şüşəsi, möhürlü üzük, üzərində “Ernest” adı həkk olunmuş gümüş kibrit tutacağı da olub.

 

Oxu.Az