britaniyada-40-yasina-catanlardan-vergi-alina-biler

Britaniyada 40 yaşına çatanlardan vergi alına bilər

Britaniyada yaşlılıq vergisi tətbiq edilə bilər.

İnsider.az xəbər verir ki, bu barədə 360 TV xəbər yayıb.

Bildirilir ki, 40 yaşdan yuxarı insanlar qazanclarının bir hissəsindən keçmək məcburiyyətində qalacaqlar. Toplanan pul qocalıqda onlara sosial yardım üçün xərclənəcək.

Beləliklə, yaşlı vaxtı işsiz olan insanlar evlərini satmaq, yaxud son pullarını qocalar evinə və ya tibb bacılarına xərcləmək məcburiyyətində qalmayacaqlar.