britaniyada-yeni-hokumetin-terkibi-aciqlandi

Britaniyada yeni hökumətin tərkibi açıqlandı

Böyük Britaniyada Liz Trassın rəhbərlik etdiyi yeni hökumətin tərkibi açıqlanıb.

Keçmiş əmək və pensiya naziri Teriz Koffi səhiyyə naziri və sosial məsələlər naziri təyin edilib. O, həmçinin baş nazirin müavini olub. Koffi bu vəzifədə Stiv Barklini əvəz edib.

Xarici işlər nazirinin müavini Ceyms Kleverli nazirliyə rəhbər gətirilib. O, XİN başçısı postunda yeni baş nazir Lİz Trassı əvəzləyib.

Həmçinin, keçmiş biznes naziri Kvazi Kvartenq maliyyə naziri təyin olunub.

İngiltərə və Uels üzrə keçmiş baş prokuror Svella Braverman isə daxili işlər naziri olub.