britaniyadan-xeberdarliq-xarici-vetendaslar-irani-derhal-terk-etsinler-foto

Britaniyadan xəbərdarlıq: “Xarici vətəndaşlar İranı dərhal tərk etsinlər” - FOTO

İran hökuməti əcnəbi vətəndaşları şantaj məqsədi ilə həbs edir, onlara işgəncələr verir və onların ölkələrinə təzyiq göstərir.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verir.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yeddi nəfərin, o cümlədən Britaniya ilə “əlaqəli” bir neçə ikili vətəndaşlığı olan şəxsin həbs olunduğunu elan etməsindən bir gün sonra Böyük Britaniya parlamentinin İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Alisia Körns bütün qərblilərə İranı dərhal tərk etməyi məsləhət görüb.

O, habelə bəyan edib ki, İran hökuməti insanları “sevinc”lə həbs etdiyini göstərib, çünki davam edən antihökumət etirazlarının güclənməsində günahı xarici güclərin üzərinə atmağa çalışır.

Oxu.Az