“Minalarla mübarizə Azərbaycanla əməkdaşlığımızın çox vacib hissəsidir”.
Bunu Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld özünün “Twitter” hesabında yazıb.
O bildirib ki, Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Azərbaycana səfəri çərçivəsində minatəmizləmə üzrə ekspertlər ilə görüşüb:
“Minalarla mübarizənin əhəmiyyəti və bu sahədə Böyük Britaniyanın Azərbaycana dəstəyini müzakirə etdik”.
Oxu.Az