britaniyanin-bas-naziri-istefa-verdi

Britaniyanın Baş naziri istefa verdi

Böyük Britaniyanın baş naziri Liz Trass vəzifəyə gəldikdən 44 gün sonra istefa verib. Trass Britaniyanın ən qısa müddətə vəzifədə qalan baş naziri oldu.

Böyük Britaniyanın baş naziri Liz Trass istefa verdiyini açıqlayıb.

Boris Consonun istefasından sonra Baş nazir seçilən Trass 44 gün vəzifəsində qalıb və ölkənin ən qısa müddətə baş nazir vəzifəsini icra edən baş naziri olub.

Trass vergi endirimi paketi ilə gündəmə gəlmişdi. Onun elan etdiyi paket bazarların çökməsinə, funt-sterlinqin kəskin ucuzlaşmasına səbəb olmuşdu.

O, “10 Downing Street” qarşısında açıqlama verib. Liz Trass mandatını yerinə yetirə bilməyəcəyini etiraf edib. O, Kral Çarlzla da danışdığını, qərarı barədə ona məlumat verdiyini bildirib.

O, yeni Baş nazir seçilənə qədər hökumət başçısı vəzifəsində qalacaq.

Marja