britaniyanin-yeni-bas-naziri-ilk-resmi-cixisini-etdi

Britaniyanın yeni baş naziri ilk rəsmi çıxışını etdi

Böyük Britaniyanın yeni baş naziri Liz Trass iqamətgahı qarşısında ilk rəsmi çıxışını edib.

O, çərşənbə axşamı Dauninq-stritdəki nitqində artıq bu həftə artan elektrik tarifləri ilə mübarizə aparmaq üçün tədbirlər planı dərc edəcəyinə söz verib. Trass həmçinin vergiləri azaltmaqla, investisiya cəlb etməklə, ölkənin infrastrukturunu inkişaf etdirməklə və lazımi islahatları həyata keçirməklə Britaniya iqtisadiyyatını gücləndirəcəyini vəd edib.

Yeni hökumət başçısı enerji böhranın Rusiyanın Ukraynadakı hərəkətlərindən qaynaqlandığını deyib.

Bu günə qədər Xarici İşlər Naziri vəzifəsində çalışmış Trass vurğulayıb ki, dünyada mövcud qarışıqlıq iki amillə - Rusiyanın Ukrayna ilə bağlı hərəkətləri və koronavirus pandemiyasının nəticələri ilə bağlıdır.

Oxu.Az