britaniyanin-yeni-mudafie-nazirinin-adi-melum-oldu-yenilenib

Britaniyanın yeni müdafiə nazirinin adı məlum oldu - YENİLƏNİB

Britaniyanın yeni müdafiə naziri təyin olunub.

Bu barədə Britaniya Baş nazirinin Ofisi məlumat yayıb.

Bildirilib ki, Qrant Şapps ölkənin müdafiə nazir postuna təyin olunub.

12:24

Britaniyanın müdafiə naziri Ben Uolles istefa verib.

O, bununla bağlı özünün “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Bu böyük millətə xidmət etmək şərəf idi”, - deyə B.Uolles paylaşımında qeyd edib.

Ben Uollesin istefasının səbəbi hələ məlum deyil.

Qeyd edək ki, B.Uolles 2019-cu ildə müdafiə naziri təyin olunub.

 

Oxu.Az