british-airways-aviasirketi-cerimelenib

"British Airways" aviaşirkəti cərimələnib

Böyük Britaniyanın İnformasiya Komissarlığı (ICO) "British Airways" aviaşirkətini yüzminlərlə müştərisinin məlumatlarının üçüncü tərəfə sızmasının qarşısını ala bilmədiyinə görə 183 milyon funt sterlinq(229,3 milyon dollar) məbləğində cərimələyib.

İnsider.az xəbər verir ki, bu barədə TASS-a istinadən xəbər verir.

Xatırladaq ki, "British Airways" sentyabrda haker hücumu nəticəsində yüzminlərlə sərnişininin kart məlumatlarının ələ keçirildiyini bəyan etmişdi. Araşdırma nəticəsində hakerlərin 244 min kartın məlumatlarına çıxış əldə etdiklərini müəyyənləşdirib. Hakerlərin qurbanları saytda və ya aviaşirkətin tətbiqi vasitəsilə 2018-ci il avqustun 21-dən sentybrın 5-dək bilet bron edən və ya digər xidmətlərdən yararlanan hər kəs ola bilər.

©Report