“AFB Bank” ASC “Fitch” reytinq agentliyi ilə reytinqin yenilənməsi üzrə əməkdaşlığı dayandırır.
Bankdan verilən məlumatda bildirilir ki, bütün dünyada qlobal böhrana yol açan COVİD-19 pandemiyasının yaratdığı yeni iqtisadi reallıqlar hazırda kommersiya banklarının da kredit reytinqinin yenilənməsinin əhəmiyyətini azaldır. Xarici maliyyə bazarlarında baş verən kataklizmlər vəsait cəlb etmək imkanlarını çətinləşdirmiş, həmçinin kredit qoyuluşlarının azalması fonunda kredit reytinqinin yenilənməsini Bank üçün qeyri-rasional etmişdir. Biznesin inkişafı məsələlərində strategiya bir daha nəzərdən keçirilərək “Fitch” reytinq agentliyi ilə əməkdaşlığı müvəqqəti dayandırmaq qərara alınmışdır.
Marja