bu-bina-olke-ehemiyyetli-memarliq-abidesi-kimi-qeyde-alindi-foto

Bu bina ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alındı - FOTO

1822-ci ildə Azərbaycanın bütün balıq vətəgələri Rusiya imperiyasının səlahiyyətində idi. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində isə balıq sənayesində yerli kapitalistlər Kür çayı boyundakı iri vətəgələri ələ keçirirlər.
Neftçalanın Bankə qəsəbəsindəki vətəgələri Hacı Zeynalabdin Tağıyev uzun müddətli icarəyə götürür. 1898-ci ildə Bankə Balıq Kombinatının inzibati binası inşa edilir.

Bu bina Azərbaycanda Sovet hakimiyyəti qurulanadək Tağıyevin, sonradan isə Sergey Kirovun adını daşıyır. Kombinat fəaliyyəti dövründə istehsal etdiyi balıq və kürüsü ilə bütün dünyada məşhur olur.

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra kombinat 1996-cı ilə kimi fəaliyyət göstərib. Tarixi bina uzun müddət baxımsız qaldığından indi uçmaq təhlükəsindədir. Bina ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınıb.

Fotoqraf: Əziz Kərimov