bu-dermanlar-covid-19-un-ilkin-merhelesinde-effektivdir

Bu dərmanlar COVID-19-un ilkin mərhələsində effektivdir

Bütün dünyanı cənginə alan COVIİD-19-la mübarizə tədbirləri sürətlə davam etdirilir. Lakin dünyada hər gün koronavirusdan sağalanlarla yanaşı xəstəliyə yoluxanların da sayında artım müşahidə olunur. Hazırda əhali arasında dörd koronavirusun sirkulyasiyası məlumdur (HcoV-229E, OC43, NL63 və HKU1), onlar KRVİ-nin strukturunda iştirak edirlər, yuxarı tənəffüs yollarının yüngül və orta dərəcədə zədələnməsinə səbəb olurlar. COVID-19 isə yeni təkzəncirli RNT tərkibli koronavirus olduğundan onun patogenezi tam öyrənilməyib.

İnsider.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi tərəfindən hazırlanan təlimatlarda qeyd olunub. Məlumatda bu gün COVID-19-un müalicəsi üçün etiotrop terapiya üzrə tövsiyələrin mövcud olmadığı deyilir.

Epidemioloji xüsusiyyətləri haqqında məlumatlar çox məhdud olan COVID-19 infeksiyanın ilkin mənbəyi təyin olunmayıb. Hazırda infeksiyanın əsas mənbəyi xəstə, eləcə də xəstəliyin inkubasiya dövründə olan insandır. İnfeksiyanın ötürülmə yolları hava-damcı (öskürdükdə, asqırdıqda, danışdıqda), hava-toz və təmasdır. Ötürülmə faktorları: hava, ərzaq məhsulları və məişət əşyalarıdır.

Yaşlı xəstələrin müalicəsində virus etiologiyalı infeksiyalarda geniş spektrli təsirə malik olan ribavirin preparatından istifadə olunur. Bu preparatdan Çində, Sinqapurda və digər ölkələrdə ağır kəskin respirator sindromun müalicəsində istifadə olunub, lakin bu preparatın kəskin əlavə təsirləri (ilk növbədə, anemiya və hipoksemiya) olduğu üçün onu ehtiyatla qəbul etmək lazımdır. SARS və MERSCoV-la bağlı atipik pnevmoniyalı xəstələrin müalicəsinin kliniki təcrübəsi əsasında əldə olunmuş məlumatlarda virus əleyhinə müxtəlif preparatlar daxil olan bir neçə müalicə sxemi irəli sürülüb (ribavirin lopinavir və ritonavirlə birgə).

MERS-CoV-un törətdiyi infeksiyanın əvvəllər aparılmış invitro tədqiqatları göstərib ki, 1 (İFN) tipli interferon inhibəedici fəaliyyətə malikdir, İFN-betta ən güclü inhibəedici fəaliyyət göstərir. Ehtimal olunur ki, iltihab əleyhinə sitokinlərin xeyrinə sitokin balansını qarışdırmaq qabiliyyəti hesabına İFN-betta preparatları müsbət patogenetik effekt yarada bilər. İmmunəvəzedici və immunomodulyasiyaedici preparatlar xəstəliyin erkən mərhələlərində effektivdir.

Respirator traktın aşağı hissələrinin zədələnməsi (pnevmoniya) ilə keçən koronavirus infeksiyalarının müxtəlif kliniki formalarına yoluxmuş pasiyentlərə antimikrob preparatlar (amoksisillin/klavulanat, respirator ftorxinolonlar – levofloksasin, moksifloksasin, 3 və 4-cü nəsil sefalosporinlər, karbapenemlər, linezolilər və s.) təyin olunur.

Antibiotiklərin seçimi və istifadəsi xəstənin vəziyyətinin ağırlıq dərəcəsindən, rezistent mikroorqanizmlərlə qarşılaşmaq riskinin analizindən, mikrobioloji diaqnostikanın nəticələrindən asılıdır. Kritik vəziyyətdə olan pasiyentlərə inhibitor-qorunmuş aminopenisillinlər, seftarolin, respirator ftorxinolonlar təyin olunmalıdır. Beta-laktamlar makrolidlərlə vena daxilinə vurulmalıdır. 

Təsdiq olunmuş stafilokokk infeksiyasında (metisillinə davamlı stafilokokkların aşkar olunması zamanı) xəstəliyin gedişində müsbət dinamika olmadıqda, yüksək antistafilokokk və antipnevmokokk aktivliyə malik preparatlar təyin olunmalıdır (linezolid, vankomisin).

Xatırladaq ki, Azərbaycanda bu günədək koronavirusa yoluxduğu aşkarlanan 1717 nəfərdən 1221-i müalicə olunaraq sağalıb. Ölkə ərazisində 130 minə qədər COVID-19 testi aparılıb.

Oxu.Az