Abşeron rayonu, Xırdalan şəhəri və Masazır qəsəbəsinə, həmçinin Bakının Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə İnsider.az-a “Azərsu” ASC-dən məlumat verilib.
Məhdudiyyətlər gecə saatlarına qədər davam edəcək.
Bunun səbəbinin magistral su kəməri üzərindəki tənzimləyici siyirtmədə yaranmış nasazlığın aradan qaldırılması ilə bağlı olduğu bildirilir.