bu-gun-18-minden-cox-sagird-imtahan-verir

Bu gün 18 mindən çox şagird imtahan verir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirir.

DİM-dən verilən məlumata görə, imtahanlar saat 11:00-da başlayır.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İmtahanlar respublikanın 28 şəhər və rayonunda keçiriləcək.

Bu günki imtahanda 18 609, iyunun 3-də keçiriləcək imtahanlarda isə 20 438 nəfər olmaqla, ümumilikdə 39 047 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədin üz tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını aşağı salaraq üzünü göstərməlidir.