bu-gun-20-minden-artiq-sagird-buraxilis-imtahani-verir

Bu gün 20 mindən artıq şagird buraxılış imtahanı verir

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən iyun-iyul aylarında keçirilən yekun qiymətləndirmə (attestasiya) imtahanlarda iştirak etməyən 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirilir.

Qurumdan verilən məlumata görə, imtahanlar respublikanın 15 şəhər və rayonunda təşkil olunur.

İmtahanlarda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 18277, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 1789 şagirdin iştirakı nəzərdə tutulur. 369 şagird isə yalnız Azərbaycan dili fənni üzrə imtahan verir. Ümumilikdə imtahanda 20 min 435 şagird iştirak edəcək.