bu-gun-azerbaycan-da-faiz-qerarini-aciqlayacaq

Bu gün Azərbaycan da faiz qərarını açıqlayacaq

Bugün Azərbaycan Respublikası Mərkəzi Bankı 2021-ci ilin son faiz qərarını qəbul edəcək və ictimaiyyətə açıqlayacaq.

Azərbaycanda illik inflyasiya Mərkəzi Bankın inflyasiya hədəf diapazonunu (2%-6% aralığı) aşdığından Mərkəzi Bankın bu gün də uçot dərəcəsini artıracağı gözlənilir. 2021-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2020-ci ilin yanvar-noyabr aylarına nisbətən 6,2 faiz artıb. Cari ilin noyabr ayında istehlak qiymətləri indeksi ötəni ilin noyabr ayına nisbətən 11,1 faiz yüksəlib.

Mərkəzi Bank 29 Oktyabr 2021-ci il tarixində 0,50 bənd faiz artırmışdır. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti, uçot dərəcəsinin 6.50%-dən 7%-ə artırılması, dəhlizin aşağı həddinin 6%, yuxarı həddinin 8% səviyyəsində müəyyən edilməsi barədə qərar qəbul etmişdir. 

Mərkəzi Bank 2021-ci ildə artıq 2 dəfə faiz artırırb. Belə ki, Bankın İdarə Heyəti Sentyabr ayında uçot dərəcəsinin 6.25%-dən 6.5%-ə, dəhlizin aşağı həddinin 5.75%-dən 6%-ə, yuxarı həddinin isə 6.75%-dən 7%-ə yüksəldilməsi barədə qərar qəbul etmişdir.

2021-ci ilin əvvəlindən illik inflyasiyanın yüksəlməsi Mərkəzi Bankı faiz artırmağa məcbur edir.

Mərkəzi Bankın pul siyasəti monetar şəraitin sərtləşməsi vasitəsilə inflyasiyanın məhdudlaşdırılmasına və onun hədəf diapazonuna (4±2%) qaytarılmasına yönəlmişdir.

"Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiyanın risk balansında dəyişikliklər, habelə iqtisadiyyatın ortamüddətli dövrdə inkişaf perspektivləri nəzərə alınmaqla qəbul ediləcəkdir",- Mərkəzi Bank əvvəlki açıqlamarında bəyan etmişdr.

Marja