bu-gun-azerbaycan-mekteblerinde-son-zeng-qeyd-olunur

Bu gün Azərbaycan məktəblərində “Son zəng” qeyd olunur

Bu gün Azərbaycanda “Son zəng” günü qeyd edilir.

Tədbir hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunacaq.

Bununla bağlı Elm və Təhsil Nazirliyi məktəblərə müvafiq tapşırıqlar verib. “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilərlər. “Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görüləcək.

2022-2023-cü tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sayı 1 707 279 nəfər təşkil edib. Cari tədris ilində ümumi təhsil müəssisələrində 98 649 nəfər XI sinfi, 145 597 nəfər isə IX sinfi bitirir. Bu tədris ilində ölkə üzrə 151 560 şagird birinci sinfi bitirir. 

Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 90 666 uşaq təhsil alıb.