Bu gün Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının iclası keçiriləcək.
İnsider.az APA-ya istinadən xəbər verir ki, iclasda komissiyaya daxil olan müraciətlərə baxılacaq.
Qeyd edək ki, Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin Əfv sərəncamı imzalayacağı gözlənilir.