Bu gün ABŞ Mərkəzi Bankı (Fed) növbəti faiz qərarını açıqlayacaq.
Fed faiz qərarını Bakı vaxtı ilə saat 23:00-da açıqlayacaq. Qlobal iqtisadiyyat üçün həftənin ən mühüm mesajlarının veriləcəyi Fed sədri Cerom Pauelin (Jerome Powell) mətbuat konfransı isə 23:30-da başlayacaq.
ABŞ-da inflyasiya təxminən 40 ilin ən yüksək səviyyəsinə çatıb. Bununla əlaqədar olaraq Fed-in monetar təşviqlərini dayandırmağı sürətləndirəcəyi və pul siyasətini sərtləşdirəcəyi gözlənilir.
Fed-in bu gün sona çatacaq iki günlük yığıncağında faizin dəyişdirməyərək sıfır səviyyəsinə yaxın (0,25%) saxlayacağı gözlənilir. Fed ehtimalla qiymətli kağız alışlarını azaltmaq sürətini artıra bilər. Pandemiya ilə əlaqədar olaraq tətbiq edilən təşviqlərin mərhələli şəkildə ləğv edilməsinin, 2022-ci ildə faizin artırılması üçün zəmin yaradacağı bildirilir.
Bloomberg-in iqtisadçılar arasında keçirdiyi sorğuya görə, Fed ehtimalla 2022-ci ildə iki və 2023-cü ildə üç dəfə faiz artırmağı nəzərdə tutacaq.
Bloomberg Economics-in iqtisadçıları deyiblər: "1982-ci ildən bu yana ən yüksək səviyyədə reallaşan inflyasiya və güclü əmək bazarına dair bəzi işarələr nəzərə alındıqda, Fed ehtimalla, həm yığıncaqdan sonra təşkil ediləcək mətbuat konfransında, həm də açıqlama və təxminlərində "şahin" mövqe ortaya qoyacaq. Qiymətli kağız alışlarının daha sürətli azaldılması (mövcud sürətin iki dəfə artırılması) gözlənilir. Bizim üçün olmasa da bazar üçün daha çaşdırıcı məsələ, Fed-in indi nə qədər sürətli və nə qədər yüksək faiz artımları istədiyi ola bilər".
Marja