Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sifarişi əsasında Bakı şəhərində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Aleksand Puşkin, Azadlıq və Bülbül küçələrində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Bu barədə İnsider.az-a AAYDA-dan məlumat verilib.
İşlər bu gün axşam saat 22:00-dan səhər saatlarına qədər davam edəcək.