bu-gun-turkiye-faiz-qerarini-aciqlayacaq-ne-gozlenilir

Bu gün Türkiyə faiz qərarını açıqlayacaq - NƏ GÖZLƏNİLİR?

Bu gün Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqlayacaqdır.

İnsider.az  xəbər verir ki,  iqtisadçılar bankın faizini 1,5 bənd artıracağını gözləyirlər.

Keçən ay TCMB faizini 4,75 bənd artırmış və 15%-ə yüksəltmişdi. Əgər proqnoz reallaşarsa Türkiyə Mərkəzi Bankının faizi 16,5%-ə yüksələcəkdir.

Dollar/TL məzənnəsi faiz qərarından sonra "sakitdir". Bu gün 7.65 səviyyələrini görə dollar/TL məzənnəsi bu dəqiqələrdə 7,64 səviyyələrindədir.

Qlobal bazarlarda vəziyyət pisləşib. ABŞ-dakı təşviq paketinə dair proseslər, koronavirusa qarşı peyvəndləmə müddəti və mutasiya olunmuş virusla əlaqədar xəbərlər nikbinliyi azaldır.  

Marja