Bu gün Türkiyə Mərkəzi Bankının (TCMB) İdarə Heyəti pul siyasətini qiymətləndirmək üçün toplantısı keçiriləcək.
İnsider.az xəbər verir ki, daha çox, faizin Avqust ayında dəyişdirilməyərək 8.25%-də dəyişməz saxlanılacağı gözlənilir. Son günlər Türk Lirəsinin ucuzlaşması sürətlənsə də Mərkəzi Bankın təcili faiz artıraraq bazarların inamını itirməyə yol verməyəcəyi hesab olunur.
"Manulife"nin İnkişaf edən Bazarlar üzrə strateqi Richard Segal, TCMB-nin faiz nisbətlərində bir dəyişikliyə gedəcəyini düşünmür:
"Çünki Mərkəzi Bank inflyasiya gözləntilərini dəyişdirəcəyinə dair güclü siqnallar vermədi və faiz ilə inflyasiyaya bağlı digər rəsmi şərhlər ilə ziddiyyət təşkil etmək istəməyəcək".
"Monex Europe"ın FX Bazarları analitiki Simon Harvey isə, TCMB-nin gələcəkdəki şoklarda daha çox manevr sahəsinə sahib olması üçün faizlərdə artım gözlədiklərini söyləyib.
Türkiyə Mərkəzi Bankı faiz qərarını bu gün Bakı vaxtı ilə saat 15:00-da açıqlayacaq.
Dollar/TL məzənnəsi 7,40 lirə ilə yeni ən yüksək səviyyəsini görməsinin ardından bu gün 7,30 lirə səviyyələrindədir.
Türkiyə Mərkəzi Bankının faiz dərəcələri
Marja