Avropa İttifaqının Rusiya neftinin dəniz yolu ilə tədarükünə tətbiq etdiyi embarqo rəsmən qüvvəyə minib.
Eyni zamanda, Avropa İttifaqı, “Böyük Yeddilik” (G-7) ölkələri və Avstraliyanın Rusiya Federasiyası neftinin alış qiymətinin 60 dollar həddində müəyyənləşdirilməsinə dair qərarı da bu gündən qüvvədədir.
Qeyd edək ki, iyun ayında Aİ Rusiya Federasiyasına qarşı altıncı sanksiyalar paketini qəbul edib.
Sentyabrda isə “Böyük Yeddilik” ölkələrinin maliyyə nazirləri Rusiya neftinə tavan qiymətinin tətbiq etmək niyyətlərini açıqlamışdılar.
Oxu.Az