bu-hefte-turkiye-faiz-qerarini-aciqlayacaq

Bu həftə Türkiyə faiz qərarını açıqlayacaq

Faizin 0,50 bənd azaldılacağı gözlənilir.

Bu həftə Türkiyə Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqlayacaq.

İnsider.az xəbər verir ki, Bloomberg-in keçirdiyi sorğuda iştirak etmiş 16 iqtisadçının orta proqnozu faizin 8,75%-dən 8,25%-ə salınacağı istiqamətindədir.

Türk lirəsindəki güclənmə və inflyasiya proqnozlarının aşağı salınması Mərkəzi Bankın faiz endiriminə davam edəcəyi gözləntisini dəstəkləyir.

7 Mayda 7.2690 ilə tarixi zən yüksək səviyyəyə yüksələn Dollar/TL məzənnəsi bu gün 6.81-ədək düşüb (Türk Lirəsi bahalaşıb).

Türkiyə Mərkəzi Bankı faiz qərarını 22 Apreldə açıqlayacaqdır.