Sentyabr ən çox şagirdlərin sevimli ayıdır. Əsasən də 6-7 yaşlı uşaqların həyacanla gözlədiyi ay. İlk dəfə məktəbə ayaq qoyacaq fidanlar ayın 15-ini səbrsizliklə gözləyirlər. Əlaçılar, yaxşı oxuyan şagirdlər yay tətilinin bitməsini arzulayırlar. Hətta tənbəl şagirdlər belə dərsin başlamasını istəyirlər.
Artıq ilk dərs gününə sayılı günlər qalıb. Artıq bir çox ailələr övladlarına lazım olan ləvazimatları alıblar. Ləvazimat qiymətləri valideynləri də övladları qədər məktəbə getməyə həvəsli saxladımı? Övladını məktəbə yollayan valideynlər 1 şagird üçün nə qədər pul xərcləməlidir? Bu il 1 şagirdin məktəbə hazır olması neçəyə başa gəldi?
İnsider.az bir şagirdin məktəbə getməsi üçün lazım olan ləvazimatların qiymətlərini araşdırıb.
Məhsulları və araşdırdığımız yerlərdəki minimum – maksimum qiymətləri təqdim edirik:
Məktəbli kitabçası- 1.50 AZN
Dəftər(12 vərəq) - 0.20 qəp - 0.60 qəp
Dəftər(24 vərəq) – 0.40 qəp – 0.70 qəp
Dəftər(40vərəq) – 0.60 qəp – 0.90 qəp
Dəftər(60 vərəq) – 0.70 qəp – 1.20 azn
Dəftər(100 vərəq) – 1.20 azn – 1.80 azn
Rəsm dəftəri – 1.0 azn – 3.0 azn
Rəngli karandaş – 1.20 azn – 3.40 azn
Sadə karandaş – 0.40 qəp – 1 azn
Qələm yonan – 0. 20 qəp – 1 azn
Pozan – 0.10 qəp – 1.0 azn
Qələm – 0.20 qəp – 1. 50 azn
Yapışqan – 0.50 qəp – 1.80 azn
Flamaster – 1.50 azn – 5.40 azn
Rəngli boya – 1.60 azn – 3. 90 azn
Xətkeş – 1.0 azn – 4.20 azn
Qələm qabı – 2.20 azn – 20.0 azn
Yemək qabı – 2.60 azn – 5.40 azn
Su qabı – 3.60 azn – 11.0 azn
Ləvazimat papkası – 1.0 azn – 8.20 azn
Şagirdlərin ən sevimli seçimi məktəbli çantası seçməkdir. Çanta qiymətləri də bütün ləvazimatlar kimi yerindən və məhsuldan asılı olaraq dəyişir. Məktəbli çantalarının qiymətləri biz araşdırma apardığımız yerlərdə 20 manat və 170 manat arasında dəyişirdi.
Məktəbli formaları isə 30 azn - 50 azn qiymətinə satılır. Ağ köynək 15 azn – 60 azn arasında qiymətlərədir.
Valideyn bir övladını məktəbə hazır etmək üçün təqdim etdiyimiz siyahı əsasında təqribi 200 azn pul xərcləməlidir.
Nübar Lətifli