Ən zəngin rusiyalıların var-dövlətinin cəmi 2019-cu ilin yeddi ayı ərzində 36,324 milyard dollar artıb. İnsider.az bu barədə “Bloomberg Billionaires Index” (BBI) reytinqinə istinadən xəbər verir.
Ümumi olaraq reytinqdə 500 nəfər təqdim olunub, onlardan 22-i rusiyalıdır.
“Bloomberg”-ə görə, ən zəngin rusiyalıların ilk onluğuna daxil olanlar bunlardır:
1. Leonid Mixelson, əsas aktivləri “NOVATEK” və “SİBUR” (25,1 milyard dollar, əlavə 5,71 milyard dollar);
2. Vladimir Potanin, əsas aktivləri “İnterros” və “Nornikel” (22,9 milyard dollar, əlavə 3,29 milyard dollar);
3. Vladimir Lisin, əsas aktivləri “Universal Cargo Logistics Holding” və “NLMK” (21,1 milyard dollar, əlavə 3,27 milyard dollar);
4. Aleksey Mordaşov, əsas aktivi “Severstal” (19,6 milyard dollar, əlavə 2,11 milyard dollar);
5. Vahid Ələkbərov, əsas aktivi “LUKOİL” (18,6 milyard dollar, əlavə 2,53 milyard dollar);
6. Gennadiy Timçenko, “Volga Group”-un əsas səhmdarı (17,6 milyard dollar, 3,81 milyard dollar);
7. Əlişer Usmanov, “USM Holdings”-in təsisçisi (17 milyard dollar, əlavə 2,79 milyard dollar);
8. Roman Abramoviç, “Evraz”-ın əsas sahibi (15,6 milyard dollar , əlavə 1,43 milyard dollar);
9. Viktor Vekselberq, “Renova”-nın əsas sahibi (14,1 milyard dollar, əlavə 1,03 milyard dollar);
10. Mixail Fridman, “Alfa-Qrup”-un səhmdarı (13,6 milyard dollar, əlavə 1,03 milyard dollar).
Samirə Məmmədova