bu-il-hecc-ziyareti-teskil-olunmayacaq-odenisler-geri-qaytarilir

Bu il Həcc ziyarəti təşkil olunmayacaq, ödənişlər geri qaytarılır

Bu il Azərbaycandan Həcc ziyarəti təşkil olunmayacaq.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib.

Bu il Həcc ziyarətinə getmək üçün indiyədək sənəd verənlərlə bağlı məsələyə də aydınlıq gətirilib.

Bildirilib ki, növbəti il Həcc ziyarətinə getmək istəyənlər sənədlərini və ödənişi saxlaya, istəməyənlər isə həm ödədikləri vəsaiti, həm də sənədlərini geri götürə bilərlər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığının qərarına əsasən, yeni növ koronovirusla (COVID-19) mübarizə tədbirləri ilə əlaqədar, bu il xaricdən ziyarətçi qəbul edilməyəcək, Həcc ziyarəti yalnız ölkə daxili üçün açıq olacaq.

Xatırladaq ki, Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbuluna bu il yanvardan başlanılmışdı. Bu il kvotanın sayı 1500, Həcc ziyarətinin qiyməti isə 4490 ABŞ dolları idi. 

APA