bu-il-ipoteka-mexanizmi-ile-alinan-menzillerin-sayi-aciqlandi

Bu il ipoteka mexanizmi ilə alınan mənzillərin sayı açıqlandı

İpoteka və Kredit Zəmanət Fondunun (İKFZ) 01.12.2020-ci il tarixinə fəaliyyət istiqamətləri üzrə göstəriciləri açıqlayıb.

İnsider.az xəbər verir ki, bugünədək İKFZ tərəfindən cəmi 1 milyard 611 milyon 178 min 151 manat məbləğində 31 min 73 ipoteka kreditləri verilib.

Zəmanət verilmiş kreditlərin ümumi məbləği isə 193 milyon 676 min manata çatıb.

Müqayisə üçün qeyd edək ki, 30.12.2019-cu il tarixinə verilmiş ipoteka kreditlərinin sayı 27 min 870, verimiş ipoteka kreditlərinin məbləği  1 milyard 390 milyon  307 min 677 manat, zəmanət verilmiş kreditlərin ümumi məbləği  69 milyon 724 min manat təşkil etmişdi. 

Vətəndaşlar bu ilin 11 ayı ərzində ipoteka mexanizmi ilə  3 min 203 mənzil alıblar. Bu mənzillərə görə 220 milyon 871 min manatlıq ipoteka kreditləri rəsmiləşdirilib.

Marja