bu-il-iqtisadiyyati-artan-tek-olke-ola-biler

Bu il iqtisadiyyatı artan tək ölkə ola bilər

Çində iqtisadi inkişaf sürətlənib.

Noyabr ayında da Çin iqtisadiyyatında koronavirus pandemiyasından qaynaqlanan geriləmə güclü düzəlib.

İnsider.az xəbər verir ki, Çində toparlanma Noyabr ayında güclü tələb ilə sürətlənib. Çin iqtisadiyyatı bu il iqtisadi artım qeyd edə biləcək tək ölkə ola bilər.

Sənaye istehsalı Noyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə 7% artıb. İqtisadçıların da proqnozu 7% artım idi.  

Ölkədə pərakəndə satışlar da eyni dövrdə gözlənildiyi kimi 5% artım qeyd edib.

İnvestisiyalar isə ilin 11 ayında 2.6% artıb.

İşsizlik nisbəti yüngülcə geriləyərək 5.3%-dən 5.2%-ə düşüb.

Bu səhər Çində açıqlanan makroiqtisadi məlumatlar ilin ilk rübündə ölkə iqtisadiyyatında koronavirus pandemiyasından qaynaqlanan pisləşmənin yaxşılaşıldığına işarə edir.  

Marja