bu-il-kicik-ve-orta-biznesle-bagli-ozel-investisiya-fondu-fealiyyete-baslayacaq

Bu il kiçik və orta bizneslə bağlı özəl investisiya fondu fəaliyyətə başlayacaq

İlin sonunadək Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən kiçik və orta bizneslə bağlı Özəl İnvestisiya Fondu fəaliyyətə başlayacaq.

İnsider.az xəbər verir ki, bu barədə KOBİA-nın idarə heyətinin sədr müavini Mehman Abbas deyib.

O bildirib ki, yeni maliyyə mexanizmləri formalaşdırılır. Fondda xarici şirkətlərin, fondların iştirakı arzuolunandır.