bu-il-ne-qeder-guzestli-kredit-verilecek-resmi

Bu il nə qədər güzəştli kredit veriləcək? - RƏSMİ

2021-ci il ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən biznes sahiblərinə 130 milyon manat həcmində güzəştli kreditlərin verilməsi proqnozlaşdırılır.

Bu barədə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Kənan Nəcəfov Fondun ötən ilki fəaliyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında məlumat verib.

Belə ki, 2021-ci il ərzində də kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi ilə sahibkarların kreditlərlə təmin olunmasına şərait yaradılacaq. Belə ki, bu mexanizmin tətbiqi ilə sahibkarlara 80 milyon manat həcmində kreditin verilməsi planlaşdırılır.

Eləcə də, bu il ərzində zəmanətli kredit və faiz subsidiyası mexanizminin tətbiqi ilə sahibkarların banklar tərəfindən kreditlərlə təmin olunmasına imkan yaradılacaq. Növbəti dövrdə sahibkarların 370 milyon manat məbləğində zəmanətli kreditlərlə təmin edilməsi planlaşdırılır.