bu-il-nece-is-yeri-baglanib-statistika

Bu il neçə iş yeri bağlanıb? - STATİSTİKA

2019-cu ilin birinci yarımili ərzində ölkədə 5,6 min iş yeri bağlanmışdır.

İnsider.az xəbər verir ki, bu dövrdə bağlanmış iş yerlərinin 51,7 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.

İş yerlərinin 41,3 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 58,7 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanmışdır.

Eyni zamanda, 2019-cu ilin birinci yarımili ərzində ölkədə 92 min yeni iş yerləri açılmışdır. Bu dövrdə yaradılmış iş yerlərinin 28,9 faizi qeyri-dövlət sektorunda açılmışdır.

Yeni iş yerlərinin 63,6 faizi Bakı şəhərinin, 0,4 faizi Naxçıvan Muxtar Respublikasının, 36,0 faizi digər regionların, o cümlədən 13,0 faizi Aran, 6,4 faizi Gəncə-Qazax, 6,2 faizi Lənkəran, 2,6 faizi Dağlıq Şirvan, 2,5 faizi Yuxarı Qarabağ, 2,4 faizi Şəki-Zaqatala, 1,8 faizi Abşeron, 1,0 faizi Quba-Xaçmaz, 0,1 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşmüşdür. Yeni açılmış iş yerlərinin 43,8 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 28,5 faizi mövcud müəssisə və təşkilatlarda, 0,3 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 27,4 faizi isə digər tədbirlər üzrə yaradılmışdır.

Marja