bu-il-zorakiliqla-bagli-dovlet-komitesine-muraciet-edenlerin-sayi-aciqlandi

Bu il zorakılıqla bağlı Dövlət Komitəsinə müraciət edənlərin sayı açıqlandı

Cari ilin 9 ayı ərzində 860 Gender əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə 207 müraciət daxil olub.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, müraciətlərin əksəriyyəti psixoloji və fiziki zorakılıqla bağlıdır. Qeyd edilib ki, müraciət edənlərin 185-i qadın, 22-si isə kişi olub.

Şikayət edənlərin 128 nəfəri partnyoru tərəfindən zorakılığa məruz qalıb.

Report