“Qapalı, aqressiv köklənmiş, həyatdan razı olmayan insanlar onkoloji xəstəliyə daha çox düçar olurlar”.
İnsider.az xəbər verir ki, bunu rusiyalı həkim-onkoloq və cərrah İvan Karasev öz “Instagram” səhifəsində bildirib.
“Açıq, müsbət emosiyalı, ünsiyyətcil, həyata pozitiv baxan insanlar, fikrimcə, xərçəngə daha az meyillidir”, - həkim vurğulayıb.
İ.Karasev deyib ki, xərçəng hüceyrələrinin əmələ gəlmə səbəbi hələ də bəlli deyil. Eyni zamanda xərçəngin inkişaf riskini artıran bir sıra amillər var ki, bunlara xroniki stress, xroniki iltihab, sağlam olmayan qidalanma, genetik meyil daxildir.
Report