bu-neheng-sirketde-ceo-nun-maasi-1-4-dollar-olub

Bu nəhəng şirkətdə CEO-nun maaşı 1,4 dollar olub

“Twitter” mikrobloqlar servsinin baş direktoru Cek Dorsinin 2018-ci ildə maaşı 1,4 ABŞ dolları təşkil edib.

İnsider.az xəbər verir ki, bu Dorsinin 4 il bundan əvvəl vəzifəsinə qayıdandan sonra aldığı ilk əməkhaqqısı olub. Belə ki o, 2015, 2016 və 2017-ci illərdə könüllü olaraq pul mükafatlarından imtina edərək, bunu şirkətin uzunmüddətli potensialı və dəyərlərinə inamla əlaqələndirib.

Cek Patrik Dorsi “Twitter” və “Square” şirkətlərinin yaradıcısıdır. Forbes-ın yanvar reytinqinə əsasən onun sərvəti 5,5 milyard həcmində qiymətləndirilir.