Mütəxəssislər təyin ediblər ki, Portuqaliya sakinləri digərlərindən daha tez öz fərdi mənzili üçün pul yığa bilərlər. İnsider.az-ın məlumatına görə, bu barədə beynəlxalq konsaltinq şirkəti olan “Deloitte”-in apardığı araşdırmada deyilir.
Statistikaya əsasən, Portuqaliyada öz daşınmaz əmlakının alışına orta hesabla 3,8 il pul yığmaq lazım olacaq. Bu Avropa İttifaqı ölkələri arasında ən yüksək göstəricidir.
İkinci yerdə Belçika və Daniyadır – burada mənzil üçün pul yığmağa beş il lazım olacaq. Onların ardı ilə Avstriya, İtaliya və Macarıstan gəlir. Bu ölkələrdə daşınmaz əmlak üçün pul yığmağa 5,7-dən 7,1 ilədək müddət lazımdır.
Polşada öz şəxsi evini 7,5 il, Xorvatiyada isə 7,9 ilə əldə etmək mümkündür.
Ən uzun müddət Avropada ev üçün pul yığmalı çexiyalılar olurlar – onlara bunun üçün 11 il gərəkdir. Həmçinin pul yığımına kifayət qədər uzun müddət Latviya və Böyük Britaniyada qeyd olunur – hər bir ölkəyə müvafiq olaraq 10,1 və 9,4 il.
Samirə Məmmədova