Yaponiya höküməti sərxoş vəziyyətdə pilotsuz aparatları idarə etməyi qadağan edən qanun qəbul edib. İnsider.az bu barədə “Gizmodo”-ya istinadla xəbər verir.
Maksimal cərimə 300 min yenə qədər ola bilər, qayda pozucularını çəkisi 200 qramdan artıq dronu idarə etməyə görə də bir ilədək həbs cəzası gözləyir.
Qanun təkcə sərxoş pilotlar üçün deyil, təhlükəli həmlələrin icraçıları üçün də cərimələr nəzərdə tutulub. Məsələn, bir qrup insanı üzərinə dronun düşməsilə qorxutmaq cəhdinə görə dron sahibini 500 min yenə qədər cərimə gözləyir.
Hökümət həmçinin pilotsuz aparatların uça bilməyəcəkləri zonaların siyahısını genişləndirib: atom və elektrik stansiyalarından, o cümlədən hakimiyyət binalarından başqa, dronların yapon hərbi bazalarından və ölkənin hərbi qüvvələrilə bağlı digər obyektlərindən 300 metr aralıqda uçmaları da qadağan edilib.
Samirə Məmmədova