bu-olke-yeni-nov-koronavirusa-gore-b-planina-kecdi

Bu ölkə yeni növ koronavirusa görə B planına keçdi

Böyük Britaniyada yeni növ koronavirusa 5-10 min yoluxma faktı var.

İnsider.az xəbər verir ki, bu barədə ölkənin Baş Elmi Müşaviri Patrik Vallans deyib.

İngiltərədə Baş nazir Boris Conson hökumətin təcili komitəsində 4 mərhələli (“nəzarətdə saxlama”, “virusun yayılmasını gecikdirmə”, “virusla bağlı araşdırma”, “təsiri azaltma”) mübarizə planında ikinci mərhələyə keçilməsinə qərar verib.

Beləliklə, ölkədə “nəzarətdə saxlama” mərhələsindən “virusun yayılmasını gecikdirmə” mərhələsinə keçilib.

Bu gündən etibarən Baş nazir xəstəliyin ən kiçik əlaməti olan şəxslərdən belə azı 7 gün təcrid olunmalarını və virus bir ailə üzvündə olarsa, ailədəki digər şəxslərin 14 gün evdən çıxmamalarını istəyib.

İkinci mərhələyə keçməklə hökumət məktəblərin bağlanması, böyük tədbirlərinin, görüşlərin ləğv edilməsi və lazım gələrsə, insanların evdən işləmələrini təmin edəcək.

Üçüncü mərhələ virusun araşdırılması və müalicəsinin tapılması məqsədi daşıyır.

Son mərhələ, təcili vəziyyətlər istisna olunmaqla, xəstələrə xidmət göstərmək və bütün səylər uğursuz olarsa, epidemiyanı minimum zərərlə aradan qaldırmaq üçün təqaüdə çıxmış tibb işçilərini işə dəvət etmək kimi tədbirləri əhatə edir.

Oxu.Az