Su faunasının biomüxtəlifliyinin qorunması və balıq ehtiyatlarının çoxalması məqsədilə Banqladeşdə balıq ovuna 65 günlük ümummilli qadağa qoyulub.
İnsider.az xəbər verir ki, BBC-nin məlumatına görə, iki aylıq məhdudiyyətə əməl olunmasına ölkənin sahil mühafizə xidməti nəzarət edəcək.
Qadağanın qüvvədə olduğu müddət (20 may – 23 iyul) balıqların çoxalma mövsümünə təsadüf edir.
Tətbiq olunan məhdudiyyət balıqçıları narazı salıb. Onların paytaxt Dəkkə və digər şəhərlərdə kütləvi etiraz aksiyaları planlaşdırdığı bildirilir.
©Oxu.az