bu-olkede-karantinden-sonra-ilk-defe-aeroportlar-ise-basladi

Bu ölkədə karantindən sonra ilk dəfə aeroportlar işə başladı

Qazaxıstanda Nur-Sultan aeroportunda son bir ayda ilk dəfə olaraq sərnişin təyyarələri ölkədaxili xidmətə başlayıb.

İnsider.az xəbəbr verir ki, bu barədə “Sputnik” xəbər yayıb.

Bildirilir ki, hələlik paytaxt və Almatı arasında dörd reys işə salınıb. Həmçinin, aeroportda sərnişinlərin qəbulu üçün yeni qaydalar tətbiq olunub.

Qeyd edək ki, Nur-Sultan və Almatı hava limanları aprelin 1-dən etibarən beynəlxalq sərnişin reyslərini qəbul etmir. Qazaxıstanda fövqəladə vəziyyət rejimi martın 16-dan fəaliyyət göstərir və mayın 11-dək uzadılıb.