bu-olkenin-parlamenti-atalar-ucun-mezuniyyete-ses-verib

Bu ölkənin parlamenti atalar üçün məzuniyyətə səs verib

İsveçrənin Federal Şurası yeni doğulmuş körpələrə qulluğa görə iki həftəlik məzuniyyətin atalara verilməsini səsvermədə səslərin çoxluğu ilə  təsdiq edib.

İnsider.az bu barədə “Le Temps” qəzetinə istinadla xəbər verir.

“RTS” telekanalının məlumatına görə, məzuniyyətin verilməsi lehinə 129, əleyhinə isə 62 nəfər səs verib.

Məzuniyyətə uşaq doğulandan sonra altı ay ərzində çıxmaq mümkün olacaq. Təşəbbüsün dəyəri ildə 230 milyon frank (231 milyon dollar) qiymətləndirlir. Maliyyələşdirmə işəgötürənlər və işçilərin əmək haqqlarının itirilməsi üzrə müavinətlərin hesabına həyata keçiriləcək. Ödəncin maksimal həcmi gündə 196 frank (197 dollar) edir.

Samirə Məmmədova