bu-sexsler-ucun-cinayet-mesuliyyeti-aradan-qaldirilir

Bu şəxslər üçün cinayət məsuliyyəti aradan qaldırılır

Milli Məclisin iclasında “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişiklik üçüncü oxunuşda müzakirəyə çıxarılıb. 

İnsider.az xəbər verir ki, dəyişiklik qanunun 10-cu maddəsi ilə bağlıdır.

Həmin maddədə qeyd olunur ki, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Bildirilir ki, bu məlumatı verməyən şəxslər Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Yeni layihəyə əsasən, qanunun 10-cu maddəsindən ikinci hissənin ikinci cümləsi çıxarılır. Yəni, müvafiq məlumatı verməyən şəxslər üçün cinayət məsuliyyəti aradan qaldırılır.

Qanun layihəsi Milli Məclisdə qəbul ediləcəyi təqdirdə 2020-ci il may ayının 1-dən qüvvəyə minəcək.