bu-sexslere-190-manatliq-odeme-verilmeyecek-resmi

Bu şəxslərə 190 manatlıq ödəmə verilməyəcək - RƏSMİ

“Xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləmiş aztəminatlı vətəndaşlar birdəfəlik ödəmə (190 manat) üçün müraciət edib, imtina qərarı alan şəxslərlə məşğulluq haqqında qanuna uyğun olaraq, fərdi qaydada işləyəcəyik”. 

İnsider.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev “Yeni” TV-nin canlı yayımında bildirib.

Onun sözlərinə görə, həmin şəxslərin məşğulluq imkanlarının araşdırılması və əmək bazarına qaytarılması üçün proqramlar hazırlanır:

“Bizim 50 minə yaxın ictimai ödənişli vakant iş yerləri var. Bu yerləri işə ehtiyacı olanlara təklif edəcəyik. Orada maaş məbləği 250 manatdır. Təəssüflə qeyd edirəm ki, 190 manata müraciət edən bir çox vətəndaşlara ictimai işlər təqdim olunur, amma onlar imtina edirlər. Demək, onların hər hansı əlavə gəliri var və 190 manata əlavə gəlir kimi baxır”.

“Ehtiyacı olan vətəndaş bu işi qəbul etməlidir. İctimai ödənişli işlərdən imtina edənlərin işsiz statusu ləğv edilir”, - deyə A.Əliyev əlavə edib.