Gələn il yanvarın 1-dən toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olanlar üçün sadələşdirilmiş vergi üzrə sabit aylıq məbləğ 30 manatdan 20 manatata endiriləcək.
İnsider.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstrənlər üçün isə sadələşdirilmiş vergi üzrə sabit aylıq məbləğ 30 manatdan 15 manata endiriləcək.
Qanun layihəsi Milli Məclisin 12,13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.